Bakı. Trend:
15 oktyabr 2024-cü il tarixində bəzi sosial şəbəkələrdə və internetdə fəaliyyət göstərən xəbər saytlarında Azərikard Prosessinq Mərkəzində əməliyyatların keçirilməsində çətinliklərin yaranacağı ilə əlaqədar yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə Trend-ə Azərikarddan məlumat verilib.
“Məlumat üçün bildirmək istərdik ki, il ərzində proseslərin təkmilləşdirilməsi məqsədilə planlı işlərin keçirilməsi nəzərdə tutulur. Bu da öz növbəsində, prosessinq fəaliyyətində tam şəkildə çətinliklərin olacağı ilə nəticələnmir.
“Azərikard” tərəfində planlı yenilənmə işləri zamanı qısa təsir altına 3DS, SMS, Kart transfer və bəzi interfeys sistemləri düşə bilər. Əsas kanallar üzrə (POS, ATM) bank kartlarının fəaliyyətində hər hansı çətinlik olmayacaq.
Ən son yeniliklər və xəbərlərlə bağlı operativ şəkildə məlumat almaq üçün rəsmi veb-saytımızı və sosial şəbəkələrdəki səhifələrimizi izləyin!", - deyə Azərikarddan bildirilib.