Bakı. Trend:
COP29 çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman İnvestisiya Təşkilatının baş investisiya direktoru İbrahim Əl-Eisri ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan Respublikası və Körfəz Ərəb Dövlətləri arasında davam edən müsbət iqtisadi dinamikaya uyğun olaraq Oman Sultanlığı ilə də iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Tərəflər Oman İnvestisiya Təşkilatının G2G fondlarının yaradılması sahəsində fəaliyyəti, bu istiqamətdə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşdə sənaye, yaşıl enerji, logistika və digər sahələrdə ölkələrimizin dayanıqlı inkişafına töhfə verəcək qarşılıqlı strateji investisiya potensialı nəzərdən keçirilib.