...

Aİ COP29-da effektiv iqlim maliyyələşdirmə sisteminin yaradılmasını dəstəkləyir

İqtisadiyyat Materials 19 Noyabr 2024 12:22 (UTC +04:00)
Aİ COP29-da effektiv iqlim maliyyələşdirmə sisteminin yaradılmasını dəstəkləyir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini davam etdirir və qarşıdakı illərdə bu istiqamətdə liderlik nümayiş etdirməkdə qərarlıdır.

Trend xəbər verir ki, bunu Aİ-nin iqlim fəaliyyətləri üzrə komissarı Vopke Huksra COP29 çərçivəsində bildirib.

"Biz 2030-cu il hədəflərimizə və təbii ki, 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq üçün Avropa Yaşıl Razılaşması çərçivəsində qanunvericiliyi tamamilə qəbul etdik. Biz enerji səmərəliliyinə və təmiz enerji mənbələrinə, o cümlədən bərpa olunan enerji, hidrogen və elektrik şəbəkələrinə sərmayələri artırırıq ", - deyə V.Huksra qeyd edib.

"Biz, qlobal cəmiyyət olaraq, geriyə addım atmağı özümüzə rəva görə bilmərik. Biz hamımız BƏƏ konsensusuna əsaslanmalıyıq. Onsuz uğur mümkün deyil", - deyə o əlavə edib.

Komissar, həmçinin, qlobal səviyyədə bərpa olunan enerji mənbələrinin təşviq edilməsində Aİ-nin rolunun əhəmiyyətinə diqqət çəkərək, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Cənubi Afrika Prezidenti Siril Ramafosanın G20 sammiti öncəsi irəli sürdüyü Afrikada bərpa olunan enerji istifadəsinin genişləndirilməsi təşəbbüsünü xatırladıb.

"Dinamikanı davam etdirmək üçün Aİ G20 liderlərini və digər maraqlı tərəfləri yeni qlobal təmiz enerji keçidi forumunda birləşməyə dəvət edəcək. Bu forum hökumətləri, beynəlxalq təşkilatları və maliyyə qurumlarını birləşdirərək həyata keçirməni gücləndirəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti