...

Tacikistan hökuməti fermerlərin kənd təsərrüfatı istehsalındakı rolunu artırır - Nazir müavini

İqtisadiyyat Materials 19 Noyabr 2024 11:34 (UTC +04:00)
Tacikistan hökuməti fermerlərin kənd təsərrüfatı istehsalındakı rolunu artırır - Nazir müavini
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Tacikistan hökuməti fermerlərin kənd təsərrüfatı məhsulları istehsalındakı rolunu artırır.

Trend xəbər verir ki, bu barədə Tacikistanın kənd təsərrüfatı nazirinin müavini Nurali Asozoda COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlim təşəbbüsünün təqdimatı" tədbirində deyib.

"Mütəxəssislərin hesabatına əsasən, 2024-cü il müşahidə tarixi ərzində ən isti il kimi tanınıb. İqlim dəyişikliklərinin mənfi təsiri yağıntıların paylanmasına ciddi təsir göstərir, ekstremal hava hadisələrinin tezliyini və gücünü artırır, orta temperaturun yüksəlməsinə və suvarma üçün su ehtiyatlarının azalmasına səbəb olur. Bu isə dünyada fermerlərin imkanlarını məhdudlaşdırır. İqlim dəyişiklikləri ərzaq təhlükəsizliyinin qeyri-sabitliyinə töhfə verir və kənd icmalarının dolanışıq vasitələrinə zərər vurur. Bu problemlər kənd təsərrüfatının həssaslığını artırır və ərzaq böhranı riskini yüksəldir", - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, Tacikistan hökuməti iqlim dəyişikliklərinə uyğunlaşma və kənd təsərrüfatı məhsulları istehsalında fermerlərin rolunun gücləndirilməsi istiqamətində iş aparır. Xüsusilə sosial sahibkarlıq təşəbbüslərinin inkişafı vasitəsilə aqrar zəncirdə əlavə dəyərin yaradılmasına xüsusi diqqət yetirilir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti