Bakı. Trend:
İqlimlə bağlı xərclər artıq növbəti ilin büdcəsində əksini tapıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, ölkəmizin paytaxtında dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 keçirilir, iqlim məsələləri, onun bizim gündəlik həyatımıza təsirləri müzakirə edilir.
“Dünya miqyasında Azərbaycan bu məsələlərdə öz baxışlarını nümayiş etdirməkdədir. Biz büdcədə bununla bağlı işlərə başlamışıq. İqlimlə bağlı xərclər artıq növbəti ilin büdcəsində əksini tapıb", - deyə o əlavə edib.