...

COP for Hope: COP29 iştirakçıların öz fikirlərini bölüşməsi üçün çox yaxşı platformadır - Koreyalı nazir (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 13:34 (UTC +04:00)
COP for Hope: COP29 iştirakçıların öz fikirlərini bölüşməsi üçün çox yaxşı platformadır - Koreyalı nazir (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Koreya Respublikası ətraf mühit naziri Kim Wansupdur.

O, Trend-ə özəl açıqlamasında bildirib ki, COP29 hamı üçün, qlobal liderlər və iştirakçıların öz fikirlərini bölüşməsi və bir-biri ilə əməkdaşlıq etmələri üçün çox yaxşı platformadır.

Nazir qeyd edib ki, belə bir fürsət yaranmışkən maliyyə məsələsində səmərəli nəticə əldə etməliyik.

“Koreya hökumətinin Paris Sazişinin 6-cı maddəsi ilə bağlı nəticəyə gəlmək üçün güclü iradəsi var. Çox nizamlı və konstruktiv şəkildə yekunlaşacağına ümid edirəm.

Digər bir məsələ Yeni Kollektiv Kəmiyyət Hədəfidir (NCQG). Təbii ki, qlobal cəmiyyət eyni məqsədə çatmaq üçün əlindən gələni etməlidir. Koreya hökuməti də bunu edir. Və maliyyə məsələsi, yəqin ki, burada ən böyük məsələ olacaq. Biz digər ölkələrlə masada danışıqlar aparacağıq.

Ona görə də bu həftə ərzində nə olacağını bilmirəm. Ancaq bunları müzakirə etmək üçün daha çox vaxtımız var. Ümid edirəm ki, biz çox yaxın bir zamanda bir nəticəyə gələcəyik”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti