...

Boliviya inkişaf etmiş ölkələri iqlim maliyyələşdirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırır

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 12:30 (UTC +04:00)
Boliviya inkişaf etmiş ölkələri iqlim maliyyələşdirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırır
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Bu onilliyin kritik hala gəlməsinin əsas səbəblərindən biri inkişaf etmiş ölkələrin kifayət qədər tədbirlər görməməsi və verdikləri vədləri yerinə yetirməməsidir.

Trend xəbər verir ki, bunu Boliviyanın Davamlı İnkişaf və Xarici Siyasət üzrə Baş direktoru Dieqo Paçeko Balanza COP29 sammitində milli bəyanatla çıxışı zamanı bildirib.

O qeyd edib ki, inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliyinin nəticələri fəlakət xarakteri daşıyır, çünki onlar ilk növbədə inkişaf etmiş ölkələrin keçmişdəki karbon emissiyalarından əziyyət çəkirlər.

Onun sözlərinə görə, qlobal emissiyaların əsas mənbəyi olan ölkələr karbon qazı emissiyalarını azaltmaqla bağlı öhdəliklərini yerinə yetirmir. Paris Sazişinə əsasən, bu ölkələr emissiyaların azaldılması üçün əsas məsuliyyəti öz üzərlərinə götürməli idilər, lakin əksinə, 2030-cu ilə qədər emissiyaları artırmağa davam edirlər. Bu, ciddi bir problemdir.

"İnkişaf etmiş ölkələr təkcə emissiyaların azaldılması sahəsindəki ambisiyalarını artırmayıblar, həm də inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərmək öhdəliklərini yerinə yetirməyiblər. Narahatlıq doğuran məqam odur ki, real dəstəyi təmin edən qrantlar əvəzinə, iqlim maliyyələşdirilməsi tez-tez kreditlər formasında təqdim olunur ki, bu da inkişaf etməkdə olan ölkələrdə makroiqtisadi sabitliyi daha da pozur", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti