...

Qazaxıstan "Baku Harmoniya" təşəbbüsünü fəal şəkildə dəstəkləyir - Nazir müavini

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 13:02 (UTC +04:00)
Qazaxıstan "Baku Harmoniya" təşəbbüsünü fəal şəkildə dəstəkləyir - Nazir müavini
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan "Baku Harmoniya" təşəbbüsünü və FAST tərəfdaşlığını fəal şəkildə dəstəkləyir.

Trend xəbər verir ki, bunu Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Yermek Kencexanuli "COP to COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinə nail olmağın açarı" mövzusunda keçirilən tədbirdə bildirib.

"Baku Harmoniya" təşəbbüsü və FAST tərəfdaşlığı iqlim maliyyələşdirilməsini iqtisadiyyatımızın əsası olan aqrar-sənaye sektoruna cəlb etməyə yönəlib. Bu tədbirlər sayəsində bu il rekord səviyyədə taxıl məhsulu əldə etdik – 26 milyon ton, onun təxminən 20 milyon tonu buğda təşkil edir. Bu nəticələr ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və dəyişən iqlim şəraitinə uyğunlaşma yolunda mühüm addım oldu", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti