...

Azərbaycan ölkələri 2025-ci ilə qədər öz Milli Uyğunlaşma Planlarını təqdim etməyə çağırıb

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 15:20 (UTC +04:00)
Azərbaycan ölkələri 2025-ci ilə qədər öz Milli Uyğunlaşma Planlarını təqdim etməyə çağırıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bu ayın əvvəlində özünün Milli Uyğunlaşma Planını təqdim edib.

Trend xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini, COP29 baş danışıqçısı Yalçın Rəfiyev “COP29-da uyğunlaşma fəaliyyətinin sürətləndirilməsi: milli uyğunlaşma planlarının formalaşdırılması və həyata keçirilməsi üzrə irəliləyiş” adlı iclasda çıxışı zamanı deyib.

O, ölkələri 2025-ci ilə qədər öz MUP-larını təqdim etməyə çağırıb.

“Bu, bizə 2030-cu ilə kimi onların həyata keçirilməsində irəliləyişə nail olmağa imkan verəcək. Bu planlar ən yaxşı təcrübəni necə paylaşdığımıza, texnologiyanın ötürülməsinə və bir-birimizin ambisiyalarına necə dəstək olacağımıza yol göstərəcək”, - deyə Yalçın Rəfiyev əlavə edib.

Onun sözlərinə görə, uyğunlaşma indi hər zamankından daha çox siyasi iradəyə ehtiyac duyur.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti