...

Xərçəng hüceyrələrinin aşkarlanması xərclərinin icbari tibbi sığorta təminatına alınması təklif edildi

Cəmiyyət Materials 19 Noyabr 2024 12:38 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyası (PET) xərclərinin icbari tibbi sığorta təminatına alınmasını təklif edilib.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, son həddə dəqiq doaqnozun qoyulmasında vacib müayinə üsulu sayılan PET müayinə üsulu təəssüf ki, Azərbaycanda icbari tibbi sığorta təminatına alınmayıb.

“Bu müayinə üsulunun maliyyə tutumu 1200-1500 manat arasındadır. İstərdim ki, bu müayinə üsulunun gələcəkdə icbari tibbi sığorta hesabına qarşılanması təmin edilsin”, - Ə.Əmiraslanov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti