Bakı. Trend:
2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Türkmənistana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azalaraq, 3 milyon 655 min 28 dollara çatıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyədən Türkmənistana 242 min 79 dollar məbləğində dəri məhsulları ixrac edilib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 70,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz azalaraq, 1 milyard 300 milyon 182 min dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 132 milyon 738 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 1,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 1 milyard 539 milyon 555 min dollar məbləğində dəri məhsulları ixrac edib.