...

BƏƏ "Baku Harmoniya" təşəbbüsü və su gündəliyi üzrə işi davam etdirmək üçün COP30-u səbirsizliklə gözləyir - Nazir

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 12:30 (UTC +04:00)
BƏƏ "Baku Harmoniya" təşəbbüsü və su gündəliyi üzrə işi davam etdirmək üçün COP30-u səbirsizliklə gözləyir - Nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) "Baku Harmoniya" təşəbbüsü və su gündəliyi üzrə işi davam etdirmək üçün COP30-u səbirsizliklə gözləyir.

Trend xəbər verir ki, bunu BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit Naziri Amna Əl Dəhaq "COP to COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinə nail olmağın açarı" mövzusunda keçirilən tədbirdə bildirib.

"Biz indi milli və qlobal səviyyədə ərzaq sistemlərinin transformasiyasını sürətləndirməliyik. Tərəfdaşlıqlarımız, sərmayələrimiz və innovasiyalara sadiqliyimiz bu məqsədə çatmağa imkan verəcək. BƏƏ bu məsələni qlobal səviyyədə gündəmə gətirməyə davam etmək niyyətindədir və biz Azərbaycan sədrliyinin COP29 çərçivəsində başladığı "Baku Harmoniya" təşəbbüsünü alqışlayırıq. Bu, bu məsələnin hər bir iqlim konfransının gündəliyində nə qədər vacib olduğunu göstərir və biz COP30-da bu istiqamətdə işi davam etdirməyi səbirsizliklə gözləyirik", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti