...

COP for Hope: Dünya ölkələri maliyyə məsələsində ortaq məxrəcə gələ biləcək - Qambiyanın iqlim maliyyəsi məsləhətçisi

Yaşıl iqtisadiyyat Materials 19 Noyabr 2024 11:55 (UTC +04:00)
COP for Hope: Dünya ölkələri maliyyə məsələsində ortaq məxrəcə gələ biləcək - Qambiyanın iqlim maliyyəsi məsləhətçisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Qambiyanın iqlim maliyyəsi məsləhətçisi Bubu Fateh Yalodur.

Müsahib Trend-ə açıqlamasında bildirib ki, biz yalnız inkişaf etmiş ölkələr üçün deyil, inkişaf etməkdə olan ölkələr üçün də güzəştə gedilə bilən bir maliyyə məqsədli proqrama razılaşmalıyıq.

O, COP29-dan əsas gözləntilərini bölüşüb: "Düşünürəm ki, maliyyə məsələsində hələ qəti addımlar atılmasa da, danışıqlar onu göstərir ki, yekunda bu məsələdə də dünya ölkələri ortaq məxrəcə gələ biləcəklər. Bunun nə vaxt baş verəcəyini isə söyləmək bir az çətindir. Biz yalnız inkişaf etmiş ölkələr üçün deyil, inkişaf etməkdə olan ölkələr üçün də güzəştə gedilə bilən bir maliyyə məqsədli proqrama razılaşmalıyıq. COP29-dan əsas gözləntim budur".

"Dünya yalnız inkişaf etmiş ölkələrdən ibarət deyil. İqlim dəyişikliyinə ən çox məruz qalan ölkələri, canlıları da düşünmək lazımdır. İnkişaf etmiş ölkələr iqlim dəyişikliyinə ən çox məruz qalan ölkələrə, canlılara biganə qalmamalıdırlar Bu xüsusda, inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələr maliyyə məsələsində sadəcə danışıqlar aparmamalı, eyni zamanda ciddi təşəbbüslərini ortaya qoymalıdırlar", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya

Məqalədə:
Xəbər lenti

Xəbər lenti