Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən bir sıra xammal və mal-materiallar hərraca çıxarılacaq.
Trend-in Dövlət Xidmətindən əldə etdiyi məlumata görə, hərrac 10 yanvar 2025-ci il tarixində baş tutacaq.
Satışa çıxarılan 19 ədəd müxtəlif xammal və materialların satış dəyəri 70 manatdan başlayaraq yarım milyon manatadək dəyişir.
Hərraca qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim etmiş və özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 5 faizi həcmində beh keçirmiş hüquqi və fiziki şəxslər buraxılırlar.
Sifarişlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri, 8-ci küçə,1/5A ünvanında hərracın keçirilməsinə ən geci 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
10 yanvar 2025-ci il tarixində hərraca çıxarılacaq xammal və mal-materialların siyahısını təqdim edirik: