...

AİB 2026-cı ilə qədər gözlənilən investisiyaların həcmini açıqlayıb

İqtisadiyyat Materials 5 Dekabr 2024 12:02 (UTC +04:00)
AİB 2026-cı ilə qədər gözlənilən investisiyaların həcmini açıqlayıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Almatı. Trend:

Avrasiya İnkişaf Bankının (AİB) 2022-2026-cı illər üzrə strategiyasının üç illik icrasının yekunlarına əsasən, bankın illik investisiya həcmi 6,5 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Bu, strategiyada nəzərdə tutulan göstəricidən təxminən 20 faiz yüksəkdir.

Trend xəbər verir, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) İdarə Heyətinin sədri Nikolay Podquzov Almatıda (Qazaxıstan) keçirilən yekun mətbuat konfransında bildirib.

"2022-2023-cü illərin yekunlarına əsasən, biz Avrasiya regionunda özəl sektorun investisiya layihələrinə dəstək üzrə lider mövqedəyik. Bu dövr ərzində qeyri-suveren maliyyələşdirmənin həcmi 4,1 milyard ABŞ dollarını keçib. Qeyri-suveren maliyyələşdirmə baxımından bank, regionda fəaliyyət göstərən bütün digər beynəlxalq maliyyə institutlarını əminliklə qabaqlayır", - deyə o bildirib.

N. Podquzovun sözlərinə görə, Bank ilin yekunlarına əsasən, investisiyaların həcmi üzrə beşillik strategiyanın 60 faiz həddini aşmağı proqnozlaşdırır (2022–2026-cı illər üzrə investisiya həcmi planı 10,9 milyard ABŞ dollarıdır).

"AİB beynəlxalq maliyyə icmasının ayrılmaz hissəsidir və Mərkəzi Asiyada fəal oyunçudur. Beynəlxalq inkişaf bankları və təşkilatlar regionun qarşısında duran çağırışlara birgə cavabdehdirlər. Biz nəqliyyat, su resurslarının səmərəli idarə edilməsi, enerji və qida təhlükəsizliyi sahəsindəki çağırışların həlli üçün birlikdə fəal şəkildə çalışırıq", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti