...

Rusiya Azərbaycana pul köçürmələrində liderdir

İqtisadiyyat Materials 11 Dekabr 2024 10:39 (UTC +04:00)
Rusiya Azərbaycana pul köçürmələrində liderdir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, Azərbaycana pul köçürmələrində Rusiya lider mövqedədir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində bildirib.

"2024-cü ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycana pul köçürmələri üzrə ilk beşliyə Rusiya – 410,718 milyon dollar, Türkiyə – 130,332 milyon dollar, ABŞ – 47,981 milyon dollar, Gürcüstan – 26,574 milyon dollar və Böyük Britaniya – 25,52 milyon dollar daxildir", – deyə S. Nəsirov qeyd edib.

Bu ilin birinci yarısında Azərbaycana xaricdən pul köçürmələrinin ümumi həcmi 848,506 milyon ABŞ dolları təşkil edib ki, bu da 33,75 faiz azalma deməkdir.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycana pul köçürmələrinin həcmi 54,3 faiz azalaraq 1,665 milyard dollar olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti