Bakı. Trend:
Azərbaycanda hazırda ilk sənaye batareya əsaslı enerji saxlama sisteminin tikintisi üçün şirkət seçimi aparılır.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bildirib.
“Azərenerji” ASC təxminən 2 000 meqavatt gücündə bərpa olunan enerji mənbələrinin Azərbaycanın enerji sisteminə inteqrasiyası üçün müvafiq işlər aparır. Hazırda ölkədə ümumi gücü təxminən 2 000 meqavatt olan 8 bərpa olunan enerji layihəsi həyata keçirilir.
Bu güclərin ölkənin enerji sisteminə inteqrasiyası üçün "Azərenerji" sistem operatoru yeniliklər tətbiq edir və modernləşmə işləri həyata keçirir. "Azərenerji" əlavə bərpa olunan enerji güclərini enerji sisteminə inteqrasiya etmək məqsədilə yeniliklər tətbiq edir və modernizasiya işləri aparır", – deyə E. Soltanov vurğulayıb.
Nazir müavini əlavə edib ki, bərpa olunan enerji mənbələrinin inteqrasiyası çərçivəsində enerji sistemində yeni yarımstansiyaların və xətlərin yaradılması ilə bağlı Dünya Bankı ilə müzakirələr davam etdirilir.
"Hazırda Azərbaycanda ilk sənaye səviyyəli batareya əsaslı enerji saxlama sisteminin tikintisi üçün şirkət seçimi üzrə işlər görülür", – deyə o bildirib.