...

Şərqi Azərbaycan vilayəti gömrükləri vasitəsilə qeyri-neft məhsul ixracı artıb

İqtisadiyyat Materials 12 Dekabr 2024 12:29 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 8 ayı (20 mart -20 noyabr 2024) ərzində İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayəti gömrükləri vasitəsilə qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə (21 mart -21 noyabr 2023) müqayisədə dəyər baxımından 35%, çəki baxımından 42% artıb.

Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti gömrüklərinin nəzarətçisi Sadiq Namdar jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 8 ay ərzində İranın Şərqi Azərbaycan vilayəti gömrükləri vasitəsi ilə təxminən 1,32 milyard dollar dəyərində 2,61 milyon ton qeyri-neft məhsulları ixrac olunub.

Namdar deyib ki, ixrac olunan qeyri-neft məhsulları, əsasən, çuqun, dəmir, polad, neft-kimya məhsulları, kauçuk məhsulları, mədən mineralları, meyvə və sairə olub.

Gömrük rəsmisi məhsulların, əsasən, Türkiyə, İraq, Gürcüstan və Azərbaycana ixrac edildiyini deyib.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının hesabatına əsasən, cari İran ilinin 8 ayı (20 mart -20 noyabr 2024) ərzində İranın qeyri-neft məhsul ixracı təxminən 104 milyon ton olub ki, bu da 38,2 milyard dollar dəyərindədir. İranın qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə (21 mart -21 noyabr 2023) müqayisədə dəyər baxımından 18%, çəki baxımından 14,6% artıb.

Xəbər lenti

Xəbər lenti