...

Sosial sığorta ödəmələri artıb

İqtisadiyyat Materials 13 Yanvar 2025 15:38 (UTC +04:00)
Sosial sığorta ödəmələri artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Ötən il ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 763 milyon manatdan çox olub.

Trend Vegi Xidmətinə istinadən xəbər verir ki, bu mənbədən daxilolmalar 2023-cü illə müqayisədə 10,9 faiz və ya 566,5 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 13,7 faiz artaraq 3,8 milyard manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 13,7 faiz artaraq 208,1 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,9 faiz artıb və 156,9 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 8,6 faiz artaraq 1 milyard manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 faiz artaraq 721,3 milyon manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti