...

BMT-nin Avropa İqtisadi Komissiyası E-TIR-la bağlı Türk dövlətlərinə çağırış edib

İqtisadiyyat Materials 16 Yanvar 2025 17:50 (UTC +04:00)
BMT-nin Avropa İqtisadi Komissiyası E-TIR-la bağlı Türk dövlətlərinə çağırış edib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Avropa İqtisadi Komissiyası Türkdilli Dövlətlər Təşkilatına üzv olan dövlətlərin regionunda “E-TIR”ın tam olaraq gerçəkləşdirilməsinə demək olar ki, hazırdır.

Trend xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitriy Mariyasin Türkdilli Dövlətlər Təşkilatının üzv-dövlətlərinin gömrük xidməti rəhbərlərinin 10-cu toplantısının gedişində bildirib.

“BMT-nin qlobal aləti olan TIR konvensiyasına bu yaxınlarda E-TIR proseduru əlavə olunub. Prosesi izləyənlər, bilirlər ki, E-TIR tətbiqinə icazə verən 11 saylı Əlavənin qəbulu uzun və çətin bir proses olub. Bununun üçün gömrük orqanları peşəkarlarının və geniş ictimaiyyətin əhəmiyyətlir səyləri tələb olunub. İndi isə bu bütün üzv-dövlətlər üçün əlçatar olan qiymətli ictimai alətdir. Bu BMT konvensiyalarının gələcəkdə necə olmalı olduğunun nümunəsidir: tam rəqəmsal və biznesin müasir reallıqlarını əks etdirən”,- deyə o bildirib.

D.Mariyasin əlavə edib ki, BMT 11 saylı Əlavəni hazırladığı əsnada, biznes öz işini davam edib və bu müddət ərzində bir sıra vacib dəyişikliklər baş verib.

“Gömrük orqanları və özəl sektor IRU tərəfindən effektiv şəkildə idarəolunan TIR Konvensiyasının faydalarından yararlanmağa davam edir. O əməliyyatların optimallaşdırılmasına, gözləmə müddətlərinin azalmasına, resursların bölgüsünün yaxşılaşdırılmasına, vəsaitlərə qənaət etməyə və biznesin gəlirlərin artırmağa kömək edir. Biz E-TIR-ın Türkdilli Dövlətlər Təşkilatı regionunda tam olaraq həyata keçirilməsinə demək olar ki, hazırıq. Ancaq bunun üçün sonuncu addımı atmaq tələb olunur. Biz E-TIR sistemlərinin tam funksional olmasını istəyirik və hesab edirik ki, buna nail olmaq mümkündür. Bugün burada iştirak edən tərəfdaşlarla birgə səylərimiz sayəsində biz bunu artıq gələn il ərzində həyata keçirə bilərik”, -deyə o vurğulayıb.

Onun sözlərinə görə, milli gömrük sistemlərimom Avropa İqtisadi Komissiyasının idarəetdiyi E-TIR beynəlxalq sisteminə qoşulması vacibdir.

“Bunu gerçəkləşdirmənin bir neçə ssenarisi var, məsələn, hüququ baza, kibertəhlükəsizlik və texniki realizə ilə bağlı suallar. Bizdə bunun üçün (lazımı) alətlər və biliklər var və sizin aktiv iştirakınızla biz bunu ən yaxın aylarda həyata keçirə bilərik. Biz eyni zamanda Türkdilli Dövlətlər Təşkilatını tədbirlər planından işçi səviyyədə əlaqələndirmə platforması kimi istifadə etməyə çağırırıq.”, -deyə Mariyasin bildirib.

Xəbər lenti

Xəbər lenti