Bakı. Trend:
Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok Yolu həbsdə saxlayıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Yun Sok Yolun prezidentin Korrupsiya Təcrübələri İstintaq İdarəsi (CIO) tərəfindən “qanunsuz həbs” iddiaları ilə əlaqədar həbsinin qanuniliyini yoxlamaq tələbi bu gün məhkəmə tərəfindən rədd edilib.
Xatırladaq ki, yanvarın 15-də müstəntiqlər Yun Sok Yolu qiyamla bağlı həbs ediblər. Bu, ölkənin tarixində görünməmiş bir haldır ki, hazırda fəaliyyətdə olan prezident istintaq orqanı tərəfindən həbs edilib.