Bakı. Trend:
Uzun illər ərzində torpaqlarımızın işğal altında olmasına, xalqımıza qarşı etnik təmizləmə həyata keçirilməsinə baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi üzrə işləməyi təklif etdi.
Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, sülh sazişi üzrə çox böyük irəliləyişin əldə olunmasına rəğmən, hələ də Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı fikirlərin olması narahatedicidir.
“Ermənistanda sürətli silahlanmanın həyata keçirilməsi bizdə ciddi suallar və narahatçılıq mənbəyidir”,- deyə nazir bildirib.