...

Azərbaycan və Gürcüstan öz milli maraqlarına uyğun siyasət həyata keçirir - Ceyhun Bayramov

Siyasət Materials 16 Yanvar 2025 17:35 (UTC +04:00)
Azərbaycan və Gürcüstan öz milli maraqlarına uyğun siyasət həyata keçirir - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi böyük dövlətlərin müstəqil və suveren dövlətlərin daxili işlərinə qarışma cəhdi yeni tendensiya deyil.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri Maka Botchorishvili ilə birgə Bakıda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, böyük ehtimalla bu cəhdlər heç bir zaman indi olduğu kimi, böyük və aqressiv şəkildə olmayıb.

“Azərbaycan və Gürcüstan hansısa böyük dövlətlərin diktəsinə görə yox, öz milli maraqlarına uyğun siyasət həyata keçirir. Belə olan halda isə hədəf olaraq seçilir. Alət olaraq da müxtəlif prosesləri bəhanə kimi seçirlər. COP29 kimi beynəlxalq tədbiri Azərbaycana çirkin əməllərlə hücum etmək üçün bəhanəyə çevirmişdilər”,- deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti