...

Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdə ciddi vergi güzəştləri tətbiq olunur

İqtisadiyyat Materials 13 Fevral 2025 11:06 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdə ciddi vergi güzəştləri tətbiq olunur
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdə ciddi vergi güzəştləri tətbiq olunur.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərin reinteqrasiyasına görə təşviqlər, həssas sosial təbəqələr üçün güzəştlər, özəl sektoru stimullaşdıran addımlar, sənaye parklarında rezidentlər üçün azadolmalar, startaplar üçün stimullar, ekoloji mühiti inkişaf etdirən vergi güzəştlərini qeyd etmək lazımdır:

"Bunlar ölkəmizdə iqtisadi aktivliyə, sosial rifaha və qeyri-neft sektorunun inkişafına təkan verən mühüm islahatlar paketini təşkil edir.

Vergi sistemində islahatlar və qanunvericilikdə dəyişikliklər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hədəfləri ilə uzlaşır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti