...

Türkiyə hökuməti Azərbaycanla təbii qaz sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

İqtisadiyyat Materials 5 Mart 2025 11:25 (UTC +04:00)
Türkiyə hökuməti Azərbaycanla təbii qaz sahəsində əməkdaşlıq sazişini təsdiqləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə hökuməti Türkiyə və Azərbaycan arasında təbii qaz sektorunda əməkdaşlıqla bağlı əhəmiyyətli bir sənədi təsdiqləyib.

Trend “Resmi Gazete”yə istinadən xəbər verir ki, söhbət Türkiyə Hökuməti ilə Azərbaycan Hökuməti arasında Təbii Qaz sahəsində Əməkdaşlıq Sazişindən gedir.

Adı çəkilən sənəd bundan əvvəl 8 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq olunmuşdu.

Bu saziş, Türkiyə və Azərbaycanın enerji sahəsindəki əməkdaşlığını daha da gücləndirərək, hər iki ölkənin enerji təhlükəsizliyinə və Avropanın enerji təchizatına mühüm töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti