...

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin qarşıya qoyduğu hədəflər açıqlanıb

İqtisadiyyat Materials 5 Mart 2025 12:03 (UTC +04:00)
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin qarşıya qoyduğu hədəflər açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti öz fəaliyyəti zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifə və hüquqlardan istifadə edərək qarşıya qoyduğu prioritet tədbirlərin həyata keçirilməsi nəticəsində müəyyən hədəflərə nail olmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu sözləri bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.

O, bildirib ki, suların istifadəsi və mühafizəsi sahəsində sahibkarlıq subyeklərinin və əhalinin maarifləndirilməsi, Respublika üzrə yeraltı və yerüstü su ehtiyatlarının monitorinq qiymətləndirilməsi, əhalinin və sahibkarlıq subyektlərinin su ehtiyatlarından səmərəli istifadə edilməsinə təşviq edilməsi, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericilk aktlarının tələblərinə riayət edilməsi məsələlərinə nail olmaq planlaşdırılır.

"Bununla yanaşı, içməli su təchizatı və suvarma suyu sahəsində su itkilərinin azaldılması, transsərhəd suların, o cümlədən respublika üzrə su və su təsərrüfatı obyektlərində monitorinq və nəzarət tədbirlərinin gücləndirilməsi ilə su hövzələrinin çirklənmə dərəcəsinin minimuma endirilməsi, su və su təsərrüfatı obyektlərinə qanunsuz müdaxiləyə və sudan qanunsuz istifadəyə qarşı mübarizə tədbirlrəinin gücləndirilməsi, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə sənədi olmadan su götürülməsinin qarşısının alınması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları”nın təkmilləşdirilməsi nəticəsində istifadə edilən suya münasibətdə tariflərin diferensiallaşmasına nail olunması hədəf olaraq qoyulub", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti