Bakı. Trend:
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda nəqliyyat sahəsində Mükəmməllik Mərkəzinin (excellence center) yaradılması və bununla bağlı İşçi qrupunun formalaşdırılmasına dair razılığa gəlinib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" hesabında paylaşım edib.
"Ölkəmizdə səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam ilə görüşdük.
Nəqliyyat, xüsusilə aviasiya və dəniz nəqliyyatı sahələrində əməkdaşlıq imkanlarını və qanunvericilik bazasının genişləndirilməsi məsələlərini müzakirə etdik.
Ölkəmizdə nəqliyyat sahəsində Mükəmməllik Mərkəzinin (excellence center) yaradılmasına və bununla bağlı İşçi qrupunun formalaşdırılmasına dair razılığa gəldik", - deyə paylaşımda qeyd olunub.