Bakı. Trend:
Ötən il Türkiyədən Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 1,2 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 6,4% və ya 83,4 milyon ABŞ dolları azalıb.
Hesabat ilində Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Türkiyədən yatırılan investisiyaların payı 17,3% təşkil edib.
Öz növbəsində, Azərbaycan ötən il Türkiyə iqtisadiyyatına 248,9 milyon ABŞ dollarısərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 86,3% və ya 1,6 milyard ABŞ dolları azdır. Birbaşa xarici investisiyaların ümumi həcmində Türkiyəyə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 14,1% təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
2023-cü ildə Türkiyədən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,3 milyard ABŞ dolları, Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi isə 1,8 milyard ABŞ dollarına bərabər olub.