...

Çin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 4 dəfədən çox artırıb

İqtisadiyyat Materials 24 Mart 2025 22:00 (UTC +04:00)
Çin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 4 dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Çinin Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 17,572 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 13,434 milyon ABŞ dolları və ya 4,2 dəfə artırıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Çindən yatırılan investisiyaların payı 0,2% təşkil edib.

Öz növbəsində, Azərbaycan ötən il Çin iqtisadiyyatına 2,769 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 2,665 milyon ABŞ dolları və ya 49% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Çinə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,2% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Çindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 4,138 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 5,434 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti