...

Azərbaycan Avstriya iqtisadiyyatına birbaşa investisiyalarını 40 dəfəyə yaxın artırıb

İqtisadiyyat Materials 25 Mart 2025 10:47 (UTC +04:00)
Azərbaycan Avstriya iqtisadiyyatına birbaşa investisiyalarını 40 dəfəyə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Avstriya Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 50,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 23,9 milyon ABŞ dolları və ya 1,9 dəfə artırıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Avstriyadan yatırılan investisiyaların payı 0,7% təşkil edib.

Öz növbəsində, Azərbaycan ötən il Avstriya iqtisadiyyatına 49,3 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 48 milyon ABŞ dolları və ya 39,9 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Avstriyaya həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 2,8% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Avstriyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 26,4 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 1,2 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti