...

Almaniya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu üç dəfəyə yaxın artırıb

İqtisadiyyat Materials 26 Mart 2025 07:00 (UTC +04:00)
Almaniya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu üç dəfəyə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Almaniyanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 75,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 48,8 milyon ABŞ dolları və ya 2,8 dəfə artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyadan yatırılan investisiyaların payı 1,1% təşkil edib.

Öz növbəsində, Azərbaycan ötən il Almaniya iqtisadiyyatına 22,9 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 16,6 milyon ABŞ dolları və ya 41,9% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,3% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Almaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 26,5 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 39,5 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti