...

Birinci rübdə Azərbaycanda qızıl istehsalı 75%-dən çox artıb

İqtisadiyyat Materials 15 Aprel 2025 11:43 (UTC +04:00)
Birinci rübdə Azərbaycanda qızıl istehsalı 75%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 749,4 kiloqram qızıl istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 321,8 kiloqram və ya 75,3% artıb.

Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda 427,6 kiloqram qızıl istehsal olunub.

Qeyd edək ki, cari ilin aprel ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 196,8 kiloqram olub.

Xatırladaq ki, ötən il Azərbaycanda 2 min 663 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 97 kiloqram və ya 3,5% azalıb. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan qızılın həcmi 2 min 660 kiloqram olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti