Bakı. Trend:
Bu gün rəqəmsal iqtisadiyyat ölkəmizin əsas iqtisadi istiqamətlərindəndir.
Trend xəbər verir ki, bu sözləri bu gün “Konstitusiya və Suverenlik” - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
Onun sözlərinə görə, gələcəyin trendlərinə uyğun biznes strategiyaları qurulmalı, insan resursları daha da inkişaf etdirilməlidir:
"Müasir texnologiyalardan istifadə, məhsul və xidmətlərdə yenilikçi yanaşmaların tətbiqi mühümdür. Bu kontekstdə gənc sahibkarların təşəbbüsləri dəstəklənir, startap ekosisteminin gücləndirilməsinə, eləcə də yaşıl layihələrə xüsusi diqqət yetirilir".
"İqtisadiyyatımızın diversifikasiyası baxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonası da mərhələli şəkildə investorların istifadəsinə verilir. Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər bura olan marağı artırır", - deyə nazir müavini əlavə edib.