Bakı. Trend:
Ölkəmiz beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində də sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görür.
Trend xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, Dünya Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər tərəfdaşlarla birgə bir sıra proqram və layihələr həyata keçirilir.
"Eyni zamanda, bir sıra ölkələrlə birgə investisiya fondları yaradılıb. Sahibkarlar təşəbbüslərini artıraraq, beynəlxalq maliyyə mexanizmlərindən faydalana, tərəfdaş ölkələrlə birgə layihələr icra edə, bizneslərini genişləndirə bilərlər" - deyə o əlavə edib.