...

Rəşad Nəbiyevin Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdi

İqtisadiyyat Materials 19 May 2025 12:45 (UTC +04:00)
Rəşad Nəbiyevin Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rəşad Nəbiyevin Ağdamda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 23 may 2025-ci il tarixində saat 09:30-da Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Xocalı rayonları və Naftalan şəhərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti