Bakı. Trend:
Cari ilin I rübündə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 0.6 faiz bəndi azalaraq dövrün sonuna 33.1% təşkil edib.
Trend bu barədə AMB-dən məlumat əldə edib.
Məlumata görə, qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması 30.1% olub.
Son 1 ildə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2 faiz bəndi, qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması isə 1.4 faiz bəndi azalıb.
Martın sonuna hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 46.2% təşkil edib.