Bakı. Trend:
Bu ilin yanvar–noyabr aylarında Azərbaycandan İrlandiyaya bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsullarının ixracı 524,9 min ton təşkil edib. İxracın dəyəri isə 267,8 milyon ABŞ dolları olub.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici dəyər ifadəsində 2024-cü ilin eyni dövrü ilə müqayisədə 157,4 milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 350,6 min ton və ya 3 dəfə çoxdur.
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan İrlandiyaya 174,3 min ton bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 110,4 milyon ABŞ dolları təşkil edib.
Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb..
