Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda aktivlik yüksək olaraq qalıb.
Trend xəbər verir ki, bu barədə "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı"nda bildirilib.
Qeyd edilib ki, 11 ayda "Bloomberg" platformasında banklar arasında milli valyutada 61.8 milyard manat məbləğində 3 482 əqd bağlanıb.
"Bu dövrdə banklararası repo bazarında 3.0 milyard manat həcmində 287 əqd bağlanıb", - məlumatda vurğulanıb.
