...

2026-cı ildə cari əməliyyatlar hesabının profisiti ŪDM-in 3.7%-i səviyyəsində olacaq - AMB

İqtisadiyyat Materials 25 Dekabr 2025 09:07 (UTC +04:00)
2026-cı ildə cari əməliyyatlar hesabının profisiti ŪDM-in 3.7%-i səviyyəsində olacaq - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Baza ssenari üzrə proqnozlara görə, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 milyard ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 3.7%-i səviyyəsində gözlənilir.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı"nda bildirilib.

Vurğulanıb ki, Mərkəzi Bank növbəti ildə də özünün valyuta ehtiyatlarının kifayətlilik meyarlarına uyğun saxlanılmasını və onun idarə edilməsinin təkmilləşdirilməsini diqqətdə saxlayacaq.

"Pul siyasəti alətlərinin tətbiqi zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaqdır. Alətlərin istifadəsi pul siyasətindən kənar amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət edəcəkdir.
Mərkəzi Bankda təhlil və proqnozlaşdırma potensialının artırılması 2026-cı ildə də diqqətdə saxlanılacaq", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti