...

Azərbaycanda manatla pul kütləsinin dekabrın 1-nə olan həcmi açıqlanıb

İqtisadiyyat Materials 25 Dekabr 2025 12:56 (UTC +04:00)
Azərbaycanda manatla pul kütləsinin dekabrın 1-nə olan həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 48,662 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,970 milyard manat və ya 8,9% çoxdur.

Bundan başqa, 2025-ci ilin dekabrın 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 37,596 milyard manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətdə 2,957 milyard manat və ya 8,5% çoxdur.

Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,483 milyard manata bərabər olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,778 milyard manat və ya 6,4% çoxdur.

Eyni zamanda, bu ilin dekabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 17,234 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 1,6 milyard manat və ya 10% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti