...

Azərbaycan şirkətləri İsraildəki potensial infrastruktur layihələri ilə bağlı məlumatlandırılacaq - Yusif Abdullayev

İqtisadiyyat Materials 26 Yanvar 2026 16:02 (UTC +04:00)
Azərbaycan şirkətləri İsraildəki potensial infrastruktur layihələri ilə bağlı məlumatlandırılacaq - Yusif Abdullayev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan şirkətlərinə İsraildə həyata keçirilməsi nəzərdə tutulan potensial infrastruktur layihələri barədə məlumatlar təqdim ediləcək.

Trend xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu gün Bakıda keçirilən Azərbaycan-İsrail biznes-forumunda çıxışında deyib.

“Bizim İsraildən olan həmkarlarımızla birlikd,ə İsrailin Maliyyə Nazirliyi tərəfindən ölkədə planlaşdırılan qarşıdakı infrastruktur layihələri barədə təqdim olunacaq məlumatlarla bağlı razılığa gəldik. Bu məlumatları potensial tərəfdaşlıqlar barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan şirkətləri arasında yayacağıq”, – deyə Y.Abdullayev qeyd edib.

O, həmçinin bildirib ki, AZPROMO İsrailli həmkarları ilə İsraildə sənaye infrastrukturu layihələrinə Azərbaycan şirkətlərinin cəlb olunması istiqamətində praktiki addımları müzakirə edib.

“İsrailin inkişafına yönəlmiş biznes gündəliyinin uzlaşdırılması və əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı ola biləcək şirkətlərin müəyyənləşdirilməsi barədə razılıq əldə etdik”, - deyə Y.Abdullayev əlavə edib.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti