...

Azərbaycan və İsrail arasında qarşılıqlı investisiyaların həcmi təxminən 600 milyon dollar təşkil edir - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 26 Yanvar 2026 16:07 (UTC +04:00)
Azərbaycan və İsrail arasında qarşılıqlı investisiyaların həcmi təxminən 600 milyon dollar təşkil edir - Mikayıl Cabbarov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İsrail arasında qaşılıqlı investisiyaların həcmi təxminən 600 milyon ABŞ dolları təşkil edir.

Trend xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan-İsrail biznes-forumunda bildirib.

"Bizim əməkdaşlığımız investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin ikiqat vergi tutulmasının qarşısının alınması haqqında sazişlərlə dəstəklənir. Bunlar işgüzar əlaqələrin genişləndirilməsi üçün möhkəm hüquqi baza formalaşdırır. Hazırda Azərbaycanda İsrail kapitalı ilə 130 kommersiya strukturu fəaliyyət göstərir", – deyə o bildirib.

Nazir qeyd edib ki, iki ölkə geniş sahələri əhatə edən əməkdaşlıqda real nəticələr təmin edən möhkəm və praqmatik tərəfdaşlıq qurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti