...

"Yaşıl" enerji İsrail və Azərbaycan arasında əməkdaşlığın perspektivli sahəsidir - İsrail XİN (ÖZƏL)

İqtisadiyyat Materials 26 Yanvar 2026 17:34 (UTC +04:00)
"Yaşıl" enerji İsrail və Azərbaycan arasında əməkdaşlığın perspektivli sahəsidir - İsrail XİN (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“Yaşıl” enerji Azərbaycan və İsrail şirkətləri arasında əməkdaşlıqda perspektivli sahədir.

Bunu Trend-ə İsrail Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə şöbəsinin rəhbəri və baş direktorunun müavini Yael Ravia-Zadok bu gün Bakıda keçirilən Azərbaycan-İsrail biznes-forumu çərçivəsində deyib.

“Yaşıl enerji məsələsinə gəlincə, İsraildə bərpa olunan enerji, enerji səmərəliliyi, enerji yığımı və əlaqəli sahələrdə qabaqcıl texnologiyalara malik 200-dən çox şirkət fəaliyyət göstərir. Bu, İsrail və Azərbaycan şirkətləri arasında çox perspektivli əməkdaşlıq sahəsi ola bilər, belə ki, hamımız təkcə neftlə bağlı olmayan həlləri axtarırıq. Beləliklə, bu sahə heç şübhəsiz, İsrail texnologiyaları ilə Azərbaycan bazarları və investisiyaları arasında qarşılıqlı əlaqənin genişlənməsi üçün potensiala malikdir”, - deyə o bildirib.

Yael Ravia-Zadok vurğulayıb ki, İsrail SOCAR-ın “Tamar” qaz yatağına qoyduğu yatırımlarından, həmçinin SOCAR-ın bp ilə əməkdaşlıq etdiyi dördüncü lisenziya turunda iştirakından çox məmnundur.

“İsraildə bu yatırımlar yüksək qiymətləndirilir və biz Azərbaycan tərəfindən İsrail ekosisteminə daha çox sərmayələrin qoyulmasını səbirsizliklə gözləyirik”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti