Bakı. Trend:
Ziraat Bank Azərbaycan müştərilərinə premium üstünlüklər və daha rahat bankçılıq təcrübəsi təqdim edən yeni Bankkart Prestij kartını istifadəyə verib. Mastercard Black Edition statusuna malik olan bu kart, sahiblərinə həm gündəlik maliyyə əməliyyatlarında rahatlıq, həm də səyahətlər zamanı yüksək səviyyəli komfort və eksklüziv imtiyazlar qazandırır.
Bankkart Prestij geniş üstünlüklər paketi ilə premium həyat tərzini dəyərləndirən müştərilər üçün ideal bank kartıdır.
Yeni Bankkart Prestij müştərilərə həm kredit, həm də debet kart funksionallığını bir kartda birləşdirərək maksimum rahatlıq yaradır. Kartdan həm ölkə daxilində, həm də xaricdə sürətli və təhlükəsiz ödənişlər etmək mümkündür.
Bankkart Prestij sahibləri aşağıdakı üstünlüklərdən yararlanırlar:
Premium Səyahət Üstünlükləri
• Fast Track xidməti – hava limanlarında vaxt itirmədən sürətli keçid
• Dünyanın bir çox hava limanlarındakı Biznes Lounge zallarına pulsuz giriş
• Hava limanına və ya hava limanından ödənişsiz transfer xidməti
• Səyahət sığortası – səyahətləriniz daha təhlükəsiz olsun
• Rouminq xidməti – səyahətdə fasiləsiz əlaqə
Rahatlıq və 24/7 dəstək
• Onlayn Çatbot və Konsyerj xidməti – istənilən vaxt suallarınıza operativ cavab;
Maliyyə üstünlükləri
• Həm kredit, həm də debet kartı TƏK kartda
• 40 günədək güzəşt müddəti
• Restoran və mağazalarda endirimlər və keşbeklər
Kartı əldə etmək istəyən müştərilər şəxsiyyət vəsiqəsi ilə
Ziraat Bank Azərbaycan filiallarına yaxınlaşıb, sifariş edə
bilərlər. Mastercard Black Edition statusuna malik Bankkart Prestij
1, 3 və 5 illik müddətə təqdim olunur.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə
Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş
30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət
göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul
və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində
yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı,
rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.