...

AMB-nin 2024–2026 Strategiyası Azərbaycanda ödənişlərin rəqəmsallaşdırılmasını sürətləndirəcək – “Mastercard”

İqtisadiyyat Materials 3 Fevral 2026 13:36 (UTC +04:00)
AMB-nin 2024–2026 Strategiyası Azərbaycanda ödənişlərin rəqəmsallaşdırılmasını sürətləndirəcək – “Mastercard”
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” həm istehlakçılar, həm də kiçik və orta biznes (KOB) subyektləri üzrə ödənişlərin rəqəmsallaşdırılmasının əhəmiyyətli dərəcədə artırılmasını hədəfləyir.

Trend xəbər verir ki, bu barədə “Mastercard”ın Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədində bildirilib.

Qeyd olunub ki, strategiya rəqəmsal ödəniş xidmətlərinin ümumi səmərəliliyinin, əlçatanlığının və təhlükəsizliyinin artırılmasına, eyni zamanda maliyyə sektorunda rəqabət və innovasiyaların təşviqinə fokuslanır.

“Strategiya çərçivəsində pərakəndə ticarətdə nağdsız ödənişlərin payının 40 faizdən yuxarı olması, müştəri köçürmələrinin ümumi həcmində rəqəmsal kanalların payının 90 faizi ötması, eləcə də nağdsız kart əməliyyatlarının ümumi kart əməliyyatlarında payının 70 faizdən çox təşkil etməsi kimi iddialı hədəflər müəyyən edilib”, – deyə Mastercard-ın açıqlamasında vurğulanıb.

Bildirilib ki, sənəddə Ödəniş Xidməti Təminatçıları (PSP-lər) üçün əlverişli ekosistemin formalaşdırılması prioritet istiqamət kimi müəyyən olunub. Bu, bərabər rəqabət mühitinin təmin edilməsi, PSP-lərin dövlət layihələrinə və rəqəmsal ödəniş infrastrukturuna inteqrasiyasının asanlaşdırılması, həmçinin ödəniş sektorunda idarəetmə, şəffaflıq və rəqabətqabiliyyətliliyi gücləndirən möhkəm tənzimləyici çərçivənin qurulması yolu ilə həyata keçiriləcək.

Mastercard qeyd edir ki, AMB-nin kibertəhlükəsizliyin və fırıldaqçılığa qarşı mübarizənin gücləndirilməsinə, eləcə də güclü müştəri autentifikasiyası (SCA) standartlarının tətbiqinə yönəlmiş tədbirləri ödəniş mühitində təhlükəsizliyi artırmaqla yanaşı, istehlakçılar və biznes subyektləri arasında etimadın möhkəmlənməsinə xidmət edir.

“Bu strateji təşəbbüslərin istehlakçı və KOB ödənişlərinin rəqəmsallaşdırılmasını sürətləndirəcəyi, rəqəmsal maliyyə xidmətlərinin Azərbaycanda daha inklüziv və geniş yayılmış olacağı gözlənilir. Strategiya nağd pula asılılığın azaldılmasına, maliyyə inklüzivliyinin və ümumi iqtisadi artımın dəstəklənməsinə mühüm töhfə verəcək”, – deyə açıqlamada bildirilib.

Eyni zamanda vurğulanıb ki, strategiyada KOB-larla bağlı bir sıra yüksək səviyyəli təşəbbüslər yer alsa da, KOB ödənişlərinin rəqəmsallaşdırılması qlobal miqyasda hələ də mürəkkəb çağırış olaraq qalır. Bu sahədə davamlı nəticələr əldə etmək üçün siyasət, vergi, tənzimləmə və infrastruktur istiqamətlərini əhatə edən hərtərəfli diaqnostik yanaşma və çoxşaxəli tədbirlərin həyata keçirilməsi zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti