...

Nəqliyyat nazirliyi dəmir yol ətrafında yerləşən tikililərin sökülməsinə görə təzminat ödəməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2007 07:25 (UTC +04:00)

Azərbaycan, Bakı Trend müxbir İ. Əlizadə Dəmir yol xətləri yaxınlığında yerləşən tikililərin sökülmə prosesi davam edəcək və bu obyektlərin yiyələrinə təzminat ödənilməyəcək. Bu haqda çərşənbə günü nəqliyyat nazirinin müavini Mussa Pənahov deyib.

"Dəmir yol ətrafında olan tikililər ilk növbədə insanların özləri üçün təhlükəlidir. Dəmir yolla təhlükəli yüklər daşınır" - deyə Pənahov əlavə etdi.

Bu il nəqliyyat nazirliyi dəmir yolu ətrafında yerləşən qanunsuz tikililərin sökülməsinə başlayıb. Prosess zamanı məlum oldu ki, əksər obyektlərin heç bir sənədi yoxdur.

"İstənilən qəza dəmir yol üçün əlavə xərclərlə nəticələnə bilər" - deyə nazir müavini bildirdi.

Xəbər lenti

Xəbər lenti