...

Belqradda Avrasiya Fond Birjaları Federasiyasının XIII Baş Assambleyası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2007 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Serbiyanın paytaxtında Belqrad Fond Birjasının təşkilatçılığı (BELEX) altında Avrasiya Fond Birjaları Federasiyasının (FEAS) XIII Baş Assambleyası keçirilib. Bu barədə Bakı Fond Birjasının (BVF) məlumatında bildirilib.

Tədbirdə FEAS-ın 18 üzvü iştirak edib..

BVF-ni bu tədbirdə Marketinq şöbəsinin rəisi Kamran Əliyev təmsil edib.

Tədbir əsasında, həmçinin, FEAS-ın İşçi və İcraçı Komitələrinin yığıncaqları da keçirilib. Yığıncaqda gündəlikdəki cari məsələlər müzakirə olunub və Baş Assambleyanın gündəliyi təsdiq olunub.

Sentyabrın 8-də keçirilmiş Baş Assambleyanın yığıncağında əsas məsələlər sırasında Federasiyanın 12-ci Baş Assambleyasının protokolunun təsdiqi, 2006-cı ilvə 2007-ci ilin ilk 6 ayı üzrə maliyyə hesabatının müzakirəsi, 2008-ci ilin üzvlük haqlarına baxılması, FEAS daxilində üzv birjaların qarşılıqlı səfər proqramlarının icrasıının stimullaşdırılması müzakirə olunub.

Yığıncaqda, həmçinin, Federasiyanın İşçi Komitəsinin növbəti yığıncağının Bakıda keçirilməsi təklif olunub və bu təklif hazırda BFB tərəfindən müzakirə olunmaqdadır.

Xəbər lenti

Xəbər lenti