...

"Gəncənin infrastrukturu" sərgisində iştirak edən şirkətlərin yarısından çoxu Azərbaycanın regionlarında çalışır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2007 20:16 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ 1-ci Gəncə Beynəlxalq İnfrastruktur Sərgisində 40-dan çox şirkət iştirak edib. Bu barədə məlumatı sərginin təşkilatçısı "İteca Caspian" şirkətinin direktor müavini Bəhruz Hidayətzadə məlumat verib. Sərgi sentyabrın 19-21-də Gəncədə keçirilir.

Onun sözlərinə görə, şirkət bir neçə dəfə paytaxt Bakıda müxtəlif sərgilər keçirsə də, regionda belə tədbir ilk dəfədir.

"Belə sərgilərin keçirilməsi iş adamlarının yeni investisiya mənbələri tapmasına yaxından yardım göstərcək" - deyə Hidayətzadə bildirib.

Onun sözlərinə görə, sərgidə iştirak edən şirkətlərin 65 faizə yaxını Azərbaycanın rayonlarında fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti