...

Xəzər dənizində qəzaya uğramış "Bakı" gəmisi Azərbaycana məxsus deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2007 12:34 (UTC +04:00)
Xəzər dənizində qəzaya uğramış "Bakı" gəmisi Azərbaycana məxsus deyil

Azərbaycan, Bakı / Trend , müxbir V.Şərifov/ Cərşənbə günü Xəzərin Qazaxıstan sektorunda qəzaya uğramış "Bakı" gəmisi Azərbaycana məxsus deyil. Cümə axşama Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, ARDNŞ-ın balansında həqiqətən də "Bakı" geofiziki gəmisi var, lakin bu gəmi hazırda Bakı buxtasındadır və xarici şirkətlərə icarəyə verilməyib.

Qazaxıstan FHN-in verdiyi məlumata görə, qəzaya uğramış "Bakı" gəmisi İtaliyanın Qazaxıstan şelfində neft yataqlarının işlənməsi ilə məşğul olan "Agip" şirkətinə məxsusdur.

Cümə axşamı Azərbaycanın Dəniz Administrasiyasından verilən məlumata görə, qeydiyyatda iki "Bakı" gəmisi var (quru yük daşıyıcısı və geofiziki gəmi) və onlar hazırda Xəzərin Azərbaycan sektorundadır.

Qazaxıstan FHN-in verdiyi məlumatda bildirilir ki, "Bakı" gəmisində heyətin dörd üzvü olub. Çərşənbə günü aparılan axtarış işləri nəticə verməyib. Xilasetmə işlərində üç gəmi və iki vertolyot iştirak edib.

Xəbər lenti

Xəbər lenti