...

Nazir: "Azərbaycan iqtisadiyyatında investisiyaların həcmi 42 mlrd. dollara çatıb"

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2007 12:13 (UTC +04:00)
Nazir: "Azərbaycan iqtisadiyyatında investisiyaların həcmi 42 mlrd. dollara çatıb"

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Müstəqillik əldə edildiyi gündən (1991-ci ildən) 2007-ci il iyuna qədər Azərbaycan iqtisadiyyatında investisiyaların ümumi həcmi 42 mlrd. dollar təşkil edib. Bu barədə çərşənbə axşamı Bakıda "Xəzər və Qara dəniz regionunda birbaşa regional investisiyalar" beynəlxalq konfransında Azərbaycanın iqtisadi inkişaf nazri Heydər Babayev məlumat verib.

Onun sözlərinə görə, bu həcmin 70 faizdən çoxu xarici investisiyaların payına düşür. 2007-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında investisiyalar 4 mlrd. dollar təşkil edib.

"Azərbaycan xarici investisiyaların cəlb edilməsi üçün şərait yaradır. Biz onların cəlb edilməsini davam etdirmək istəyirik" - deyə nazir vurğulayıb.

Nazir bildirib ki, 2007-ci ilin doqquz ayı ərzində Azərbaycanda ÜDM-in həcmi 30 faiz artıb.

Xəbər lenti

Xəbər lenti